Avropa Şurasının baş katibi postuna 4 namizəd irəli sürülüb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Bunlar Belçikanın baş nazir müavini, xarici işlər və müdafiə naziri Didye Reyenders, Litvanın keçmiş baş naziri Andryus Kubilyust, keçmiş XİN rəhbəri Dora Bakoyannis və Xorvatiya XİN rəhbəri Mariya Peyçinoviç Burişdir.
AŞ Nazirlər Komitəsi 2019-cu ilin martında dörd nazirlə ayrıca söhbət aparacaq və namizədlərin yekun siyahısını müəyyən edəcək. Siyahı AŞ Parlament Assambleyasına təqdim olunacaq.
Sonra AŞPA 2019-cu ilin iyununda növbəti baş katib seçkisini keçirəcək.
Norveçli Turbörn Yaqlandı əvəz edəcək yeni baş katibin mandatı 2019-cu il oktyabrın 1-dən başlayacaq.
Müşahidəçilərin rəylərinə görə, Didye Reyendersin şansı daha çoxdur.