Avropa Məhkəməsinin 'qara siyahısı'nda Azərbaycan da var

Avropa Məhkəməsinin 'qara siyahısı'nda Azərbaycan da var
24 Yanvar 2019
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi ora göndərilən şikayətlər, çıxarılan qərarlarla bağlı yeni statistika açıqlayıb. 

Açıqlamada deyilir ki, 2018-ci ildə Avropa Məhkəməsinin icraatında 56 min 350 iş olub. Baxılması gözlənən işlərin 72%-i altı ölkənin payına düşür. Onların biri Azərbaycandır.

Məlumata görə, göndərilən şikayətlərin sayına görə Rusiya birinci yerdədir. Ondan sonra ən çox şikayət müvafiq olaraq Rumıniya, Ukrayna, Türkiyə, İtaliya və Azərbaycanın payına düşür.

2018-ci ildə Rusiyaya 238, Türkiyəyə 146, Ukraynaya 91, Rumıniyaya qarşı isə 82 qərar çıxarılıb.

Daxil olan şikayətlər üzrə Rusiya liderlik edir. 2018-ci ildə bu ölkədən Avropa Məhkəməsinə 12 min 150 şikayət daxil olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun