Alban dili Makedoniyada rəsmi dil statusu alıb. Bu barədə parlamentin spikeri Tələt Cəfəri bildirib. Bu barədə TASS agentliyi məlumat yayıb.
T.Cəfəri bildirib ki, Makedoniyada alban dilinin ikinci rəsmi dil status alması "Mənimsəmə haqqında qanun"la qüvvəyə minib.
Cəfərinin sözlərinə görə, qanun "Xidməti xəbərlər"də dərc edilib.
Makedoniya parlamenti yanvarın 11-də "Dillər haqqında" qanunun qəbuluna səs verib.
Qanuna əsasən, alban dili ölkədə makedoniya dili ilə bərabər səviyyədə ikinci rəsmi dil olub.
Ölkə prezidenti Georq İvanov hələlik qanunu imzalamaqdan imtina edib.
Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər.
Düzəlişlər bütün mətn üzrə "Makedoniya" sözünün qarşısına "Şimali" sözünün əlavə olunmasını, konstitusiya preambulasının dəyişdirilməsini, sərhədlərin dəyişməzliyinin və ərazi bütövlüyünün təmin edilməsi və xaricdəki diasporlara dəstək üçün tədbirləri nəzərdə tutur.