"İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq".
Bu sözləri ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib. Onun sözlərinə görə, İŞİD məğlub edilib.
"Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq".
Vitse-prezident deyib ki, əsgər və koalisiyadakı tərəfdarların əldə etdikləri nailiyyətləri qoruyacaqlar.
ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib.
Yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb.
Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.