Türkiyə İdlib bölgəsinə hərbçilər, zirehli avtomobillər və silah-sursat göndərməyə davam edir.
Axar.az xəbər verir ki, bu barədə məlumat yayan Türkiyə Silahlı Qüvvələri hərbi karvanın Hatayın Hassa rayonundan keçərək Reyhanlı bölgəsinə gəldiyini bildirib.
Qeyd edək ki, Tehran zirvəsində İdliblə bağlı konkret nəticənin əldə edilməməsindən sonra Türkiyə sərhəd xəttini gücləndirməyə başlayıb. Artıq bir neçə gündür ki, zirehli texnikalar sərhədə yeridilir.