Serj Sərkisyana qarşı yeni ittiham irəli sürülüb

Serj Sərkisyana qarşı yeni ittiham irəli sürülüb
3 Sentyabr 2018
Mətni dəyiş

Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb.

Məlumatda deyilir ki, yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda “Azadlıq” meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: “Sənədi Ermənistan prezidenti Serj Sarqsyanın təsdiqlədiyi “Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu” saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “vəzifə səlahiyyətlərini aşmaq” və “qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib”.

2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanı iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Sarqsyanın seçkidə qalib gəldiyi elan edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun