22 Sentyabr 2018
Mətni dəyiş
Meksikada jurnalist qətlə yetirilib.
Məlumata görə, hadisə Çayaps ştatında baş verib. Motosikletlə "Heraldo de Chiapas" nəşrinin əməkdaşı Mario Qomesin evinin yaxınlığına gələn iki naməlum şəxs küçəyə çıxan jurnalisti güllələyiblər.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb. Mario Qomes daha əvvəl prokuroluğa həyatı üçün təhlükənin olmasından şikayət edib.
Hadisə ilə bağlı prokurorluqda təhqiqat başlayıb.