Kosova ilə Serbiya arasında ərazi mübahisəsi

Kosova ilə Serbiya arasında ərazi mübahisəsi
30 Sentyabr 2018
Mətni dəyiş

10 minlərlə adam sentyabrın 29-da Kosovonun paytaxtı Priştinada mitinqə çıxaraq Serbiya ilə mümkün ərazi mübadiləsinə etiraz ediblər.

Reutersin məlumatına görə, müxalifətdə olan "Öz müqəddəratını təyin etmə" partiyasının tərəfdarları paytaxtdakı “Skanderbek” meydanından keçərək "Milli torpaqlarla bağlı heç bir danışıq ola bilməz!" şüarı səsləndiriblər.

Kosovo prezidenti Hashim Thaci bundan əvvəl demişdi ki, o etnik albanların çoxluq təşkil etdiyi Presevo vadisinin Kosovoya birləşdirilməsi ideyasını bəyənir.

Belə bir razılaşma əldə edilərsə, Kosovo və Serbiya araslında 430 kilometr uzunluğunda demarkasiya xətti müəyyənləşdirilməli, əvəzində serblərin çoxluq təşkil etdiyiMitrovitsa şəhərinin ətrafı Serbiyaya birləşdiriləcək.

Lakin hər iki ölkədəki millətçi qüvvələr bu ideyaya qarşı çıxırlar.

ABŞ və bir sıra Avropa ölkələri bu ideyanı dəstəkləsələr də Almaniya və bir sıra analitiklər hesab edirlər ki,bu bütün balkanlarda yenidən etnik hərbi toqquşmalara səbəb ola bilər.

Məlumata görə, Serbiya prezidenti Aleksandr Vucic günün əvvəlində Kosovonun şimalındakı Qazivoda gölü rayonuna baş çəkib.

Bu ərazidə etnik serblər yaşayır.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi

Federica Mogherini tərəfləri sakitliyə çağırıb.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan edib və o gündən bu yana onun müstəqilliyini 100-dən çox ölkə tanıyır.

Amma Serbiya Kosovonu tanımır.

Tərəflər 2013-cü ildən bu yana Avropa Birliyinin vasitəçiliyi ilə aralarındakı mübahisəni yoluna qoymağa çalışırlar.

Amma hələ də heç bir irəliləyişə nail ola bilməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun