Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
23 Sentyabr 2018
Mətni dəyiş

Ukrayna rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini qondarma Donetsk və Luqansk xalq respublikalarını maliyyələşdirməkdə ittiham edir.

Oxu.Az xəbər verir ki, Kiyevin Şevçenko rayon məhkəməsi V. Jirinovski və daha iki rusiyalı deputat barəsində qiyabi istintaqın aparılmasına icazə verib.

Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir ki, istintaq Jirinovskinin 2014-cü ilin aprelində Moskvada deputatların, Rusiya Liberal-Demokrat Partiyasının üzvlərinin yer aldığı qrupu yaratdığını müəyyən edib. Həmin qrup Rusiya vətəndaşlarından Donbasdakı terror təşkilatlarının maddi təminatı üçün vəsait yığmaqla məşğul olub.

Müvafiq cinayət işi terrorçuluğun maliyyələşməsi maddəsi ilə qaldırılıb və 10-12 il həbs cəzası nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun