Qəzzadakı səhiyyə rəsmilərinin verdiyi məlumata görə İsrail əsgərləri iki oğlan uşağı da daxil 6 fələstinlini atəş açaraq öldürüblər.
Minlərlə fələstinli sentaybrın 28-də Qəzza zolağının möhkəmləndirilmiş sərhədinə toplaşmışdı. Fələstinlilər bura hər həftə etiraz aksiyasına çıxırlar.
Qəzza səhiyyə rəsmilərinin verdiyi məlumata görə qarşıdurma zamanı 290 nəfər xəsarət alıb. Onlardan 90 nəfərinin güllə yarası aldığı deyilir.
Martın 30-da həftəlik Qəzza etirazları başlanandan bəri 190 fələstinli öldürülüb. Etirazçılar 1948-ci il müharibəsi zamanı İsrailin nəzarətinə keçmiş torpaqlarının qaytarılmasını tələb edirlər.
Qəzza snayperinin bir İsrail əsgərini öldürdüyü xəbər verilir.
Bundan başqa fələstinlilər İsrailin meşə zolaqları və tarlaları üzərində çərpələnglərlə yandırıcı vasitələr və helium şarları uçurublar.