3 Sentyabr 2018
Mətni dəyiş
İraqda böyük koalisiya şəkilində qurulub. Parlament seçkilərində qalib gəlmiş Müqtəda əs-Sədr, Baş nazir Heydər əl-İbadi, Əmmar əl-Hakim və keçmiş baş nazir Əyyad Ələvi və vitse-prezident Üsamə Nuceyfi “böyük koalisiya”nın yaradılması ilə bağlı razılığa gəliblər.
Razılaşmaya əsasən, koalisiya “As-Sayrun”, Milli Hikmət İttifaqı, “Nasir”, “Vətəniyyə”, “Qərar əl-İraq”ın təmsilçiləri, habelə İraq Türkmən Cəbhəsinin və Kərkükdən olan ərəb deputatları təşkilatlarından ibarət olacaq.
Yeni koalisiyaya 177 deputat daxildir. Bu isə koalisiyaya yeni hökumətin yaradılmasına imkan verəcək.
İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olur.
Xatırladaq ki, ölkədə parlament seçkiləri mayın 12-də keçirilib. İraq parlamenti 328 deputatdan ibarətdir.