25 Sentyabr 2018
Mətni dəyiş
ABŞ İran neftini dünya bazarlarından çıxarda bilməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Namdar Zəngənə deyib.
“Ortamüddətli perspektivdə bu mümkünsüzdür. ABŞ-ın hədəfi qısamüddətli perspektivdə İranın neft ixracını sıfıra çatdırmaqdır. Bu arzu heç vaxt reallaşmayacaq”, – deyə o bildirib.