İndoneziyada baş verən iki zəlzələ və ardınca gələn sunami nəticəsində 832 insan ölüb.
Hakim dairələr ölü sayının artacağını istisna eləmir.
Reuters və digər qərb agentliklərinin məlumatına görə, zəlzələ sentyabrın 28-i, yerli vaxtla saat 18 radələrində Sulavesi adasındakı Palu şəhərinin şimalında baş verib.
Yeraltı təkanlar 7,4 bal gücündə olub.
[embed]https://www.youtube.com/watch?time_continue=101&v=0-Pm3l4RjN0[/embed]