Hüseyn Abdullayevin həbs müddəti üç ay uzadılıb

Hüseyn Abdullayevin həbs müddəti üç ay uzadılıb
12 Sentyabr 2018
Mətni dəyiş

Sentyabrın 12-də Bakının Nəsimi rayon məhkəməsi istintaqın Azərbaycan parlamentinin keçmiş deputatı Hüseyn Abdullayev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında təqdimatını təmin edib.

Bu barədə məhkəmədən bildiriblər.

Abdullayevin vəkili ona qarşı irəli sürülmüş ittihamlar və onun işi üzrə istintaqın gedişi ilə bağlı şərh vermir.

Azərbaycan parlamentinin keçmiş hökumətyönlü deputatı Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirətə gedib və ölkə hakimiyyətini tənqid edib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Aprelin 22-də o, Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub.

Abdullayev həmçinin 192.2.2 (qanunsuz sahibkarlıq, böyük gəlir əldə edilməklə törədildikdə), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4, 182.2.1 (bir qrup şəxsin əvvəlcədən əlbir olaraq hədələməklə pul tələb etməsi), 182.2.2 (eyni əməllər, təkrarən törədildikdə) və 182.2.4 (eyni əməllər zərərçəkmişə böyük ziyan vurulmaqla törədildikdə) maddələrlə ittiham edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun