19 Sentyabr 2018
Mətni dəyiş
Gürcüstan prezidenti Georgi Marqlaşvili "Tbilisi dənizi" adlanan ərazidə zibil təmizləmə aksiyasında iştirak edib.
İməcliklər bütün Gürcüstan ərazisində “Dünyanı təmizləyək” adlı beynəlxalq ekoloji aksiya çərçivəsində keçirilir. Marqlaşvili ilə bərabər "Tbilisi dənizi"nin ətrafını təmizləməyə prezident administrasiyasının əməkdaşları və həmçinin müxtəlif səfirliklərin işçiləri, Qeyri-Hökumət Təşkilatlar, hərbçilər və sıravi vətəndaşlar da gəliblər. “Gürcüstanın hər bir vətəndaşına minnətdarləlığımı bildirmək istəyirəm, çünki bu vacib aksiya bütün ölkə miqyasında keçirilir. Bütün dünya miqyasında bir aksiyanı başladan estonlara xüsusi təşəkkür etmək istəyirəm. Bu gün burda bizimlə birgə təmizlik edib, ətraf mühiti qoruyan xarici ölkə vətəndaşlarına da təşəkkür etmək istəyirəm”- deyə Marqlaşvli vurğulayıb.
Prezident hər kəsi aksiyaya qoşulmağa çağırıb. “Dünyanı təmizləyək” aksiyası birinci dəfə 1992-ci ildə BMT-nin ətraf mühitin qorunması proqramı çərçivəsində keçirilib.
Bu gün bu aksiyaya 140 ölkə qoşulub. Gürcüstan 2010-cu ildən aksiyada iştirak edir. Beynəlxalq aksiyanın məqsədi insanların diqqətini ətraf mühitin çirklənməsinə yönəltmək və həm də insanlarda ətraf aləmi qoruma bacarıqlarını inkişaf etdirmək, ekoloji mədəniyyətin səviyyəsini qaldırmaqdır.
Bu il “Dünyanı təmizləyək” aksiyası 14-16 sentyabr tarixlərində keçirildi. Kampaniyanın 2018 devizi “PLASTİK çirklənmə ilə mübarizə!"- dir.