Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Hazırkı prezident bu barədə qərarını açıqlayaraq deyib: “Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”.
Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan Prezidenti seçilib.