General Ahmet Yavuz:”Türkiyə sentyabrın 17-də Soçidə çox ağır məsuliyyətin altına girdi”

General Ahmet Yavuz:”Türkiyə sentyabrın 17-də Soçidə çox ağır məsuliyyətin altına girdi”
19 Sentyabr 2018
Mətni dəyiş

Türkiyənin Parisdəki keçmiş hərbi attaşesi,hərb və siyasət tarixi üzrə şərhçi, istefada olan general-leytenant Ahmet Yavuz İdlib məsələsi ilə bağlı sentyabrın 17-də Rusiya ilə Türkiyə arasında Soçidə əldə edilən razılaşmanı Turan agentliyinə şərh etdi.

***

- Sentyabrın 7-də Tehranda keçirilən zirvə toplantısından sonra hamı Rusiyanln dəstəyi ilə Suriya ordusunun İdlibdə hərbi əməliyyat keçirəcəyini gözləyərkən Putin və Erdoğan sentyabrın 17-də Soçidə "silahsız bölgə" yaradılmasını qərarlaşdırdılar.Bunu necə dəyərləndirirsiniz?

- Diqqəti cəlb edən əsas məsələ- Türkiyə ilə Rusiyanın regional problemlərin həllində yaxından əməkdaşlıq etmələridir.İdlibdə hərbi əməliyyat keçirilməsini Türkiyə istəmir; bunun əsas səbəbi- oradan gələn qaçqın dalğasının Türkiyəyə əlavə yük gətirəcəyidir.İdlib bölgəsindəki qrupları bir-birindən ayırd etmək çox çətindir.Ona görə Türkiyə ilə Rusiya sentyabrın 17-də Soçidə razılığa gəlsələr də bölgənin terrorçulardan necə təmizlənəcəyi məsələsi mübhəm olaraq qalır; hal-hazırda bunu proqnozlaşdırmaq mümkün deyildir.Bunu yaxın günlərdə atılacaq addımlar göstərəcək.

- "Silahsız bölgə" yaratmaq üçün ilk dəfə konkret vaxt da verildi: 10 oktyabrdan başlayaraq ağır silahlar oradan çıxarılmalıdır.Sizcə, bu qədər çətin iş üçün Türkiyəyə verilən vaxt az deyilmi?

- Sentyabrın 17-də Türkiyə öz üstünə böyük məsuliyyət götürdü.Çünki 2017-ci ilin yanvarında başlayan "Astana prosesi"ndə Türkiyənin orada 12 müşahidə stansiyası yaratmasına baxmayaraq,bölgənin terrorçulardan təmizlənməsi işi zamana yayıldı.Soçi razılaşmasında isə hər şey üçün konkret tarixlər qoyulub.Yaxın günlərdə yeni prosesin necə irəliləyəcəyini görəcəyik.Biz Türkiyənin bu işi uğurla həll etməsini istəyirik.Çünki uğursuzluq halında bölgənin terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlar qaçınılmaz olacaq,Türkiyə yeni qaçqın kütləsi ilə üzləşəcək.

- Türkiyə ilə Rusiyanın bölgədəki əməkdaşlığı Suriyadakı siyasi proseslərə necə təsir göstərəcək? Çünki Rusiya tərəfinin iddiasına görə, Türkiyə Suriyanın yeni konstitusiyasında "dünyəvilik"

- Çox arzu etməməyimizə baxmayaraq, Suriyada muxtar bölgələr yaranacaqdır.Türkiyə üçün bu təhlükə Fərat çayının sağ sahilində daha güclüdür. Şimali-Qərbdəki Artvin,Cerablus,İdlib bölgələrini nəzarət altında saxlamağa çalışmağın əsas səbəbi də budur.Ankaranın Şam ilə bu və ya digər şəkildə dialoq yaratması və öz sərhədlərində meydana çıxa biləcək yeni inzibati strukturlara o şəkildə mane olması lazımdır.Yəni, sərhədlərimizdə PYD/YPG yerinə,Suriya dövlətinin strukturlarının olması bizim üçün ən vacib iş olmalıdır.İraqda olduğu kimi: bilirsiniz, 2017-ci ilin sentyabrında Şimali İraqda kürdlər müstəqillik referendumu keçirən kimi Bağdad hökuməti proseslərə müdaxilə edərək Türkiyə ilə sərhəd bölgələrində öz hakimiyyətini bərqərar etdi.Türkiyə Suriyada da eyni siyasəti izləməlidir.

- Türkiyə sentyabrın 17-də Soçidə götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməzsə, bu vəziyyət Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə necə təsir göstərə bilər? Unudulmamalıdır ki, Rusiya mətbuatı bəzən Türkiyəni İdlibdəki bəzi qrupların "himayədarı" kimi təqdim edir.

- Yaxın 20-25 gündə İdlib ətrafında 15-20 kilometr dərinliyi olan "silahsız bölgə" yaradılması Suriya və Rusiya baxımından çox mühümdür.Çünki "silahsız bölgə" yaradılması halında oradakı Suriya ordusu və Rusiya hərbi bazaları da müəyyən qədər təhlükəsiz hala gələcəklər.Vəziyyət bunu göstərir ki, İdlibin terrorçu qruplardan təmizlənməsi prosesində geriyə dönüş olmayacaq.Türkiyə öz üstünə düşən ağır məsuliyyətin öhdəsindən gəlmək məcburiyyətindədir.Hal-hazırda bölgədə Rusiya ilə Türkiyənin bir-birinə çox ehtiyacı var.Ona görə Ankara və Moskvanın əməkdaşlığı bu proseslərdən ciddi zədə almadan çıxarsa, gələcəkdə daha da güclənə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun