Cümə günü Düşənbədə prezident İlham Əliyevin iştirakı ilə MDB ölkələri liderlərinin sammiti keçirilib.
Prezidentlər və hökumət rəhbərləri iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələlərini və hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Görüşdə Ukrayna və Türkmənistan rəhbərləri iştirak ediblər.
İclasın yekunlarına əsasən humanitar, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra çoxtərəfli sənəd imzalanıb.
Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyilə bağlı birgə bəyanat imzalanıb.