Böyük Britaniya daxili işlər nazirinin müavini Ben Uolles “Noviçok” kimyəvi döyüş silahından istifadə edilməklə Solsberidə həyata keçirilən zəhərlənmə hadisəsinə görə məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub.
Nazir müavini bəyan edib ki, Sergey Skripal və onun qızı Yuliya Skripala qarşı kimyəvi silahdan istifadə etməklə zəhərləmə aktı həyata keçirən Baş Kəşfiyyat İdarəsinə nəzarəti, eyni zamanda bu qurumun maliyyələşməsi və yönləndirilməsini prezident Putin tərəfindən həyata keçirilir.