rləşmiş Ştatlar cümə axşamı Rusiyanın müdafiə sənaye kompleksi ilə əlaqəli olan 33 vəzifəli şəxsini "qara siyahı"ya salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə telefon söhbətində Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
"ABŞ-ın dövlət katibi Maykl Pompeo CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində "Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri [qara siyahıya] əlavə edib", - deyə o bildirib.