ABŞ Özbəkistan pambığını “qara siyahı”dan çıxarıb

ABŞ Özbəkistan pambığını “qara siyahı”dan çıxarıb
22 Sentyabr 2018
Mətni dəyiş
ABŞ-ın Əmək Nazirliyi Özbəkistanda toplanan pambığa tətbiq etdiyi sanksiyanı aradan qaldırıb. “Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Özbəkistandakı səfirliyi ölkəsinin Əmək Nazirliyinin hesabatına əsasən yayıb. “Pambıq yığımında uşaq əməyindən məcburi istifadə edilməsi əhəmiyyətli dərəcədə azalaraq, ilk dəfə irəliləyişə nail olunub”, - hesabatda bildirilib. Qeyd edək ki, Özbəkistanda hər il 3 milyon ton pambıq yığılır. Ölkə pambıq ixracatı üzrə dünyada 3-cü, istehsalı üzrə isə 6-cı yerdədir. ABŞ-ın Əmək Nazirliyi dünyanın uşaq əməyindən istifadə olunan 76 ölkəsində 148 adda məhsulun adını dərc edib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun