Qəzza zolağındakı ən böyük tibb mərkəzi olan Şəfa Xəstəxanasının yanacaq çatışmazlığı ucbatından fəaliyyətini dayandıracağı açıqlanıb.
Axar.az xəbər verir ki, xəstəxananın rəhbərliyi generatorları təmin etmək üçün ehtiyatda yalnız bir həftəlik yanacaq qaldığını deyib.
"Bu xəstəxana 500 min insana xidmət edir. Burada bir neçə bölüm var və əgər xəstəxananı elektriklə təmin edə bilməsək, böyük təhlükə yaranacaq. Hazırda 8 min nəfər əməliyyat olunmalıdır. Lakin xəstəxana elektriksiz qalsa, bu rəqəm artacaq", - Şəfa Xəstəxanasının müdiri Medhet Abbas bildirib.
O, həmçinin, Şəfa Xəstəxanasında su çatışmazlığının olduğunu, bunun da müxtəlif problemlərə yol açdığını əlavə edib.