“Ryanair” büdcə aviaşirkətinin pilotları və göyərtə bələdçiləri Avropa ölkələrində tətil keçirir.
Tətillər İspaniya, Belçika, Niderland, Portuqaliya, İtaliya və Almaniyada davam edir.
Bununla əlaqədar olaraq bu gün üçün nəzərdə tutulan 2400 reysdən 250-i ləğv edilib.
Tətil iştirakçıları şirkət rəhbərliyindən iş şərtlərinin yaxşılaşdırılmasını, İrlandiya qanunvericiliyinin digər ölkələrə tətbiq olunmamasını tələb edir.
“Ryanair” bu tələbləri 2019-cu il ərzində icra etməyə hazır olduğunu bildirib.