Yaponiya qlobal fond bazarında Çini üstələyib

Yaponiya qlobal fond bazarında Çini üstələyib
3 Avqust 2018
Mətni dəyiş

Yaponiya birjalarında ticarət olunan səhmlərin dəyəri ötən günün yekununda 6,17 trln. ABŞ dolları təşkil edib ki, bu da Çin birjaları ilə müqayisədə 80 mlrd. dollar çoxdur.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Bu ərəfədə Çinin fond birjası indeksləri “Shanghai Composite” və “Shenzhen Composite” müvafiq olaraq 2% və 2,4% geriləyiblər. Buna səbəb ABŞ hakimiyyətinin Çin istehsalı olan 200 mlrd. dollarlıq məhsulun idxalı üzrə gömrük rüsumlarının 10%-dən 25%-ə qaldırılacağı barədə açıqlamasıdır.

Xatırladaq ki, 2014-cü ildə Çinin fond bazarının kapitallaşması 10 trln. dolları keçmişdi. Təkcə 2018-ci ldə isə Shanghai Composite” indeksi ABŞ-la ticarət müharibəsi ucbatından 16%-dən çox azalıb.

Qlobal fond bazarında lider isə ABŞ olaraq qalır. Hazırda bu ölkənin birjalarında alınıb-satılan səhmlərin dəyəri 31 trln. dollar təşkil edir ki, bunun da 1 trln. dolları “Apple” korporasiyasının payına düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun