Venesuelada baş vermiş daşqınlar nəticəsində təxminən 8 min nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Amasonas ştatının qubernatoru Migel Rodriqes bildirib. Hazırda hava vasitəsilə sakinlərə ərzaq və digər əşyaların çatdırılmasına başlanılıb.
O deyib ki, ştatda 55 müvəqqəti sığınacaq yaradılıb.