Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın barəsindəki həbs-qətimkan tədbirini dəyişdirib və onu polis nəzarəti altında olmaqla şərti azadlığa buraxıb.
Məlumatı “Ria Novosti”-yə vəkil Ruben Saakian verib.
Vəkil deyib ki, Apelyasiya Məhkəməsi sabiq prezidentin müdafiə iddiasını təmin edib.
Robert Koçaryan iyulun 28-də Yerevan Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuşdu.
Sabiq prezident Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.