Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana "İpək yolu"na viza tətbiq etməyi təklif edib. Qazaxıstan və Özbəkistan artıq belə razılaşma əld ediblər. Bu rejim əcnəbi turistlərin "İpək yolu" ölkələrinə gedişini asanlaşdıracaq.
Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın "Müasir İpək yolu" çərçivəsində tətbiqi nəzərdə tutulur. Hazırda Türk Şurasına daxil olan ölkələr məsələyə dair təkliflər hazırlayırlar.
Sentyabrın 3-də Qırğızıstanda keçiriləcək Türk Şurasının sammitində təsdiqlənməsi nəzərdə tutulur.
"Biz həmçinin Türk Şurasının təsdiq etdiyi marşrut üzrə hərəkət edən əcnəbi turistlər üçün viza rejimlərinin qarşılıqlı tanınması məsələsini hazırlaya bilərik.
Belə mexanizmin tətbiqi Şengen vizasının analoqu olacaq, ancaq turizm təyinatlı olacaq",- Kazinform agentliyi Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulidən sitat gətirib.