Meksikanın Popocatepetl vulkanı yenidən püskürməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin qarşısının alınması mərkəzinin rəhbəri Karlos Valdes deyib.
O, püskürmənin 2 km yüksəkliyə qədər qalxdığını bildirib.
Qeyd edək ki, aprel ayında da püskürən vulkanın 100 km radiusunda 25 milyon insan yaşayır.