Avqustun 27-də səhər Moldova paytaxtı Kişinaunun mərkəzində yüzlərlə adam etiraz aksiyasına toplaşıb. Onlar Demokratik Partiyanın rəhbərlik etdiyi hökumətə qarşı çıxırlar. Bir gün öncə minlərlə adam burada etiraz etmişdi.
Moldova avqustun 27-də Müstəqillik Gününü qeyd edir. Etirazçılar orta əsrlər şahzadəsinin abidəsi önünə gül qoymaq istəsələr də, polis onlara imkan verməyib. Bir qrup etirazçının gecəni abidənin yanından keçirməsinə baxmayaraq, səhər polis onları ərazidən uzaqlaşdırıb. Onlara təhlükəsizlik tədbirləri görüldüyü bildirilib, deyilib ki, ölkə rəhbərliyi də buraya gülqoyma mərasiminə gələcək.
Moldovanın üçrəngli bayrağını qaldırmış etirazçılar “Rədd olsun mafiya!” şüarını səsləndirib, həm də ərazidə rəhbərliyi gözləyiblər.
Etirazçılar ziddiyyətli milyarder Vladimir Plahotniuc-un hökumətinə qarşı çıxırlar. Kişinauda mer seçkisinin nəticəsinin məhkəmə tərəfində ləğvi narazılığı daha da artırıb.