Ermənistanda məktəblilər teatr, qalereya, konsert zalı və muzeylərə pulsuz gedəcəklər

Ermənistanda məktəblilər teatr, qalereya, konsert zalı və muzeylərə pulsuz gedəcəklər
24 Avqust 2018
Mətni dəyiş

Ermənistanın Mədəniyyət nazirliyi Təhsil və elm nazirliyi ilə birgə iki proqram həyata keçirirlər.

Azadlıq Radiosunun rus dili bölməsi xəbər verir ki, bu barədə Ermənistanın mədəniyyət naziri Lilit Makunts Sergey Paradjarovun ev muzeyində keçirilən mətbuat konfransında məlumat verib. Birinci proqram ölkə üzrə 1-12-ci sinifləri əhatə edən üzvlük sistemidir ki , bu sistem bütün ölkənin məktəblilərinə dərs ili ərzində pulsuz 3 mədəni irs məkanını pulsuz ziyarətə icazə verir. Bunlar teatr, qalereya, konsert zalı, muzeylərdir. Ermənistanın Təhsil və elm naziri Araik Ariturunyan da öz növbəsində bildirib ki, bu layihə pilot layihə olaraq oktyabr ayından başlayacaq və il ərzində qarşıya çıxacaq problemlər həll olunacaq: "Sonra biz proqramı gələn il üçün təkmilləşdirəcəyik”.

Nazir əlavə edib ki, bu proqram üçün təqribi 400 mln dram (825 min dollardan çox) pul ayrılıb. Nazir Makunts həm də "məktəbdə sənin incəsənətin" adlı qrant layihəsinin başlanması haqqında da məlumat verib. Nazirin sözlərinə görə, 16 avqust tarixində start veriləcək proqram çərçivəsində müsabiqə elan olunub. Bu müsabiqənin, nəticələrinə görə 50 incəsənət xadimi ölkənin məktəbləri ilə əməkdaşlıq üçün 1mln dram ( 2 min dollar) pul alacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun