"Türkiyə ABŞ istehsalı olan elektron məhsulların boykot etməyi planlaşdırır".
Bunu Türkiyə prezidenti Receb Tayyib Erdoğan paytaxt Ankarada çıxışı zamanı deyib.
"Amerika iqtisadi cəhətdən yalnız bizə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir. Kanadaya da belə. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik. Onlarda iPhone var, amma "Samsung" da mövcuddur", - o qeyd edib.