Sadə həyat tərzinə görə "dünyanın ən kasıb" prezidenti adını qazanan Uruqvayın sabiq lideri senator olduğu müddətdə qazandığı pensiyasından imtina edib.
2015-ci ildə 5 illik prezidentlik müddətini başa vuran Jose Mujica artıq 3 ildir ki, işlədiyi senator postunu da tərk edib.
O, bu vəzifədə 2020-ci ilədək işləməli olsa da, "sanki uzun səyahətdən" sonra yorğun hiss etdiyinə görə vəzifədən natamam ayrılmaq qərarına gəldiyini elan edib.
Təqaüdə çıxsam da, "ağlım üstümdə ikən, həmrəylik və ideyalar mücadiləsindən kənar dura bilmərəm", Uruqvay siyasətçisinin istefa müraciətində deyilir.
Vaxtilə solçu üsyançı olmuş Jose Mujica 83 yaşındadır.
Açıq danışma tərzinə görə tanınan sabiq prezident "qızğın müzakirələr vaxtı" işlətdiyi "incidə biləcək" ifadələrinə görə həmkarlarından üzr istəyib.
Jose Mujicanı məşhur edən onun şəxsi təvazökarlığı və vəzifədə ikən prezident sarayında yaşamaqdan imtinası olub.
Prezident maaşı Uruqvaylı siyasətçi vaxtilə cəbhə yoldaşı olan xanımı ilə paytaxt Montevideo yaxınlığında yerləşən fermasındakı sadə bağ evində yaşayır.
O, prezident məvacibinin çoxunu xeyriyyəçiliyə yönəldib. Vəzifə başına gələndə Jose Mujica-nın sahib olduğu yeganə əmlakı 1987-ci ildə istehsal edilmiş Volkswagen Beetle maşını olub.
Açıq mavi rəngli Volkswagen-ə məşhurlaşandan sonra onu 1 milyon dollara almaq istəyənlər olub. Lakin 3 ayaqlı itini gəzdirmək üçün başqa vasitə olmadığına görə, prezident maşını satmayacağını deyib.
3 avqustda istefaya çıxacağını elan edən Mujica-ın vəzifədən erkən ayrılması gözlənilən addım idi.
Onun bəzi həmkarları sabiq senatora uğurlar diləyib, digərləri isə deyirlər ki, Mujica 1960-1970-ci illərdə sol təmayüllü Tupamaros üsyançı qrupunda üzvlüyünə görə üzr istəməlidir.