Bakıda daha bir süpürgəçi qadın yol qəzanın qurbanı olub.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisənin Nəsimi rayonu ərazisində baş verdiyi bildirilir. Dünyasını dəyişən qadının təxminən 55-60 yaşlarında olduğu bildirilir.
Qeyd edək ki, sözügedən fotonu sosial şəbəkə istifadəçisi Zaur Əkbər paylaşıb.