''Arqument.az'' saytı qapadıla bilər

''Arqument.az'' saytı qapadıla bilər
8 Avqust 2018
Mətni dəyiş

“Arqument.az” saytı qapadıla bilər.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanovun imzası ilə saytın elektron poçtuna göndərilmiş məktubda məlumat verilir.

Bildirilir ki, “www.arqument.az” internet informasiya ehtiyatında dərc olunan “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər”, “Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” başlıqlı məqalələrdə böhtan, yalan və qərəzli ifadələrə yol verilib.

““Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu və 13-2.3.11-ci maddələrinə əsasən, böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

Bu səbəbdən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar “www.arqument.az” internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun