Zəfər Əhmədlinin saxlandığı yer məlum olub

Zəfər Əhmədlinin saxlandığı yer məlum olub
30 İyul 2018
Mətni dəyiş

AXCP fəalı Zəfər Əhmədli iyulun 28-də Binəqədidə inzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində saxlansa da bu barədə ailəsinə bu gün məlumat verilib.

AXCP-dən Turan-a bildiriblər ki, bu gün Z.Əhmədlinin ailə üzvlərilə görüşü gözlənilir.

Xatırladaq ki, Z.Əhmədli bu il iyulun 27-də polislər tərəfindən saxlanılıb. Bir müddət sonra Xətai rayon polisinə parılıb, məhkəmə onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

Z.Əhmədli inzibati qaydanı pozmaqda, polisin haqlı tələbinə tabe olmamaqda günahlandırılır.

Z.Əhmədlinin yaxınları isə bu ittihamı saxta adlandıraraq Z.Əhmədlinin inzibati həbsinə səbəb kimi onun sosial şəbəkələrdə stasuslarını göstərirlər.

Z.Əhmədli AXCP fəalı Fuad Əhmədlinin atasıdır. 4 il azadlıqdan məhrum edilmiş F.Əhmədli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun