Türkiyədə fövqəladə vəziyyət iyulun 17-də ləğv ediləcək.
Fövqəladə vəziyyət ləğv edildikdən sonra ölkədə terrorçuluqla mübarizə üçün yeni qanun qəbul olunacaq.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə fövqəladə vəziyyətin iyulun 19-da ləğv ediləcəyi bildirilmişdi.
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazanacağı təqdirdə fövqəladə vəziyyətin ləğvi məsələsinə baxacağını bəyan etmişdi.