Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyat xidməti Şimali Koreyada raket istehsal edildiyinə dair dəlillər aşkarlayıb.
Modern.az "The Washington Post"a istinadən xəbər verir ki, söhbət iki yeni maye yanacaqlı qitələrarası ballistik raketlərdən gedə bilər.
Raketlərin layihələşdirilməsinin paytaxt Pxenyana yaxın ərazidə apardığı bildirilir.
Son bir neçə həftə ərzində əldə edilən kəşfiyyat materialları və peyk çəkilişləri bu qənaətə gəlinməsinə səbəb olub.
Həmçinin, söhbətin Şimali Koreyanın raket proqramını genişləndirməsi deyil, sadəcə istehsalın hələ də dayandırılmamasından getməsi diqqət çəkir.
Yəni Şimali Koreya 12 iyun razılaşmasından sonra raket istehsalını tamamən dayandırmayıb.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya rəhbərliyi yetərincə kompromisə gedildiyinə diqqət çəkib və ABŞ tərəfinin də lazımi işləri görməli olduğunu vurğulayıb. ABŞ prezidenti Donald Tramp ilə Şiamli Koreya lideri Kim Çen Inın ikitərəfli görüşünün təfərrüatları hələ də gizli saxlanılır.