Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
4 İyul 2018
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

İyulun 5-də Bakıda və Abşeronda havanın temperaturu gündüz +37+41 dərəcə olacaq. Eyni zamanda şimal-qərb küləyi əsəcək. Gündüz havanın rütubəti 40-50% olacaq, gecə 75-85%-ə qalxacaq.

Abşeron çimərliklərində suyun temperaturu şimal sahillərində +29, cənub sahillərində +30 dərəcə olacaq.

Saat 11:00-dan 17:00-dək açıq havada olmaq tövsiyə edilmir.

Ölkə regionlarında hava şəraiti analoji olacaq. Bəzi şimal rayonlarında və Böyük Qafqaz dağlarında yağıntı ola bilər.

Mərkəzi aran rayonlarında havanın temperaruru +37+42, dağlarda +33 dərəcə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun