31 İyul 2018
Mətni dəyiş
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Fələstinlə bağlı vəliəhd Məhəmməd bin Salmana xəbərdarlıq edib.
Fələstin məsələsində oğlunun fikirləri ilə razılaşmayan kral vəliəhdə “çox sürətlə gedirsən, bir az yavaş ol” deyib.
Nəşr bundan sonra daha bir iddia ilə çıxış edərək, kralın ABŞ Prezidenti Donald Trampa “Yüzilliyin anlaşması”nı nəzərdə tutaraq, Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmayacağı halda bu anlaşmada ölkəsinin iştirak etməyəcəyini bildirdiyini yazıb. Kral həmçinin fələstinli qaçqınların öz torpaqlarına qayıtması fikrini də müdafiə edib. Qərarını ABŞ-dan olan yüksəkçinli şəxslərə çatdıran kral Salman Fələstin rəhbəri Mahmud Abbas və digər ərəb liderlərə də bu məsələdə zəmanət verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının diplomatik mənbələri vəliəhdin son dövrlərdə gündəmdə olmamasını onun xarici siyasət məsələləri ilə bağlı öhdəliklərdən uzaqlaşdırılması kimi təqdim ediblər.