Ombudsman Elmira Süleymanova Məmməd İbrahimi müayinə etməyi xahiş edib- FOTO

Ombudsman Elmira Süleymanova Məmməd İbrahimi müayinə etməyi xahiş edib- FOTO
22 İyul 2018
Mətni dəyiş
İnsan hüquqları üzrə müvəkkil - Ombudsman Elmira Süleymanova AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Məmməd İbrahimin sağlıq durumunun araşdırılmasını istəyir. Ombudsman bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə siyasi məhbusun oğlu Turan İbrahim məlumat verib. [caption id="attachment_66891" align="alignright" width="300"] Turan Ibrahim[/caption] Süleymanova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevə müraciət göndərib. Ombudsman Məmməd İbrahimin oğlunun ona müraciətinə əsasən fəalın müayinə və müalicə olunmasını xahiş edir. Oğlunun sözlərinə görə, Məmməd İbrahim bir gözünün görmə qabiliyyətini itirib. Doğmaları vaxtında tədbir görülməsə, müxalifətçinin ikinci gözünün də kor olacağından ehtiyatlanırlar. Məmməd İbrahim 2 il 10 aydır xuliqanlıq ittihamı ilə həbsdədir. Onun cəza müddətinin başa çatmasına iki ay qalır. O, ittihamları təkzib edib və onları siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun