“Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb”
Bu barədə bu gün, iyulun 4-də baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib:
“Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. İstintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”.
Baş prokuror bildirib ki, hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb, hadisənin baş vermə səbəbi ilə əlaqədar dindirilmələrə başlanıb.