Jurnalist Pavel Şeremetin qətlindən 2 il keçir, qatilləri isə tapılmayıb

Jurnalist Pavel Şeremetin qətlindən 2 il keçir, qatilləri isə tapılmayıb
21 İyul 2018
Mətni dəyiş

Jurnalist Pavel Sheremet-in Kiyevin mərkəzində öldürülməsindən iki il keçir, ancaq qatillər hələ də tapılmayıb.

İyulun 20-də onlarla jurnalist, hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti fəalı, dostları, həmkarları onun öldürüldüyü yerdə ucaldılmış xatirə abidəsinə gül dəstələri düzüblər.

Çoxlarının əllərində tutduğu plakatlarda “Pavel Sheremet. 20.07.2016. Qatillər hələ də tapılmayıb” sözləri yazılıb.

TƏNQİDLƏRİNƏ GÖRƏ HƏDƏLƏNMİŞDİ

Əslən Belarusdan olan Rusiya vətəndaşı Sheremet Kiyevdə yaşayırdı. O, partnyoru Olena Prytula ilə qaldığı mənzildən çıxıb səhər proqramını aparmağa gedirdi. Bu zaman sürdüyü Subaru avtomobilinin altına qoyulmuş partlayıcı qurğu işə düşür. Jurnalistin 44 yaşı vardı.

Ukrayna rəsmiləri hadisəni pisləyib, Sheremet-in ölümünə görə məsuliyyət daşıyanları tapmaq vədi verib. Amma indiyədək heç kəs saxlanmayıb, polis ictimaiyyətə heç bir informasiya açıqlamayıb.

İnsan haqları təşkilatları, ABŞ və Avropa hökumətləri Ukrayna rəsmilərini hücumu hərtərəfli araşdırmağa çağırıblar.

Sheremet 1998-ci ildə Jurnalistləri müdafiə Komitəsi tərəfindən Beynəlxalq Media Azadlığı Mükafatına layiq görülmüşdü. O, tənqidi mövqeyilə seçilən şərhçi, güclü reportyor idi. Belarusda, Rusiyada, Ukraynada tanınmış media orqanlarında çalışmışdı.

Siyasi liderləri tənqid etməsinə görə müxtəlif hədələrlə üzləşmişdi. 2000-ci ildə Rusiyanın Çeçenistan regionundan qayıdarkən belaruslu operatoru Dzmitry Zavadski oğurlanaraq öldürülmüşdü.

Sheremet 2010-cu ildə, Rusiyada yaşadığı dönəmdə Belarus vətəndaşlığından məhrum edilib. O, Rusiyaya 1997-ci ildə köçmüşdü, səbəb prezident Alyaksandr Lukashenka hökumətini tənqid etməsinə görə üzləşdiyi tənqidlər idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun