3 həftədir ki, iğtişaşların fasilə vermədiyi Bəsrə vilayətinin şurası İraq mərkəzi hökumətindən muxtar idarəçilik istəyəcək.
Axar.az xəbər verir ki, bu sözləri şuranın nümayəndəsi Vəlid Kaytan deyib.
O, bununla bağlı deputat səslərinin yığıldığını bildirib:
“15 deputat regionun muxtariyyəti ilə bağlı tələb irəli sürüb. Qanuna görə isə bunun üçün sadəcə 12 səs lazımdır. Şura Nazirlər Kabinetinin yaradılması ilə bağlı məktub ünvanlayacaq və 15 gün sonra Seçki Komissiyasının yaradılmasını istəyəcək. 3 ay müddətində də referendumun vaxtı təyin ediləcək”.
Kaytan həlledici qərarın yerli sakinlər tərəfindən veriləcəyini deyib.
Qeyd edək ki, Bəsrə də daxil olmaqla bir sıra iri şəhərlərdə kütləvi aksiyalar səngimir.
Sonrada iğtişaşa çevrilən aksiyalarda xeyli ölənlərin olduğu məlumdur.