Heydər Camalın oğlu Afrikada qətlə yetirilib

Heydər Camalın oğlu Afrikada qətlə yetirilib
1 Avqust 2018
Mətni dəyiş

Rusiya mediasında yayılan xəbərlərə görə iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusiyalı öldürülüb.

Dojd telekanalı xəbər verir ki, bunlar jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radchenko-dur.

Bundan əvvəl xəbər verilirdi ki, qətlə yetirilmiş şəxslərin üstündən İzvestiya qəzetinin vəsiqələri tapılıb.

Rusiya səfirliyindən verilən məlumata görə öldürülənlərin meyitləri yerli xəstəxanaya gətirilib.

MAR polisindəki mənbə Interfax agentliyinə bildirib ki, rusiyalıları böyük bir ehtimalla qarət məqsədi ilə qətlə yetiriblər.

Bu da deyilir ki, hücum Sibyu şəhərinin 20 kilometrliyində, magistral şose yolunda baş verib.

Ouest-France qəzeti bildirir ki, bu məntəqədə Rusiyanın hərbi müşavirləri MAR ordusu hərbçilərinə təlim keçirlər.

Maraqlııdır ki, İzvestiya qəzeti əməkdaşlarından heç birinin MAR ərazisində olmadığını bildirib.

Bəzi məlumatlara görə qətlə yetirilən üçlük “Mərkəzi Afrikadakı Rusiya muzdluları” haqqında film çəkirdilər.

Rusiya muzdluları

AzadlıqRadiosu yazır ki, Rusiya silahlı kontingentinin Mərkəzi Afrika Respublikasında “yerli hərbçilərin təlimləndirilməsi və prezident Faustin-Archange Touadéra-nın təhlükəsizliyinin təmin edilməsi məqsədilə” olması barədə xəbəri ilk dəfə Le Mond fransız qəzetinə istinadən Novaya qazeta iyun ayında yazmışdı.

O vaxt xəbər verilirdi ki, söhbət 5 hərbi kəşfiyyatçıdan və 170 “mülki təlimatçıdan” gedir.

Bildirilir ki, formal olaraq bu şəxslər iki özəl hərbi şirkətdə çalışırlar. Bunlar – ​Sewa Security Services və Lobaye Ltd şirkətləridir.

Lakin Novaya qazeti yazırdı ki, söhbət əslində məşhur Vagner şirkətininin muzdlu döyüşçülərindən gedir.

Bu şirkətə “prezident Vladimir Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigojin başçılıq edir.

AzadlıqRadiosu Novaya qazeta qəzetinə istinadən yazır ki, Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə “fransızca danışa bilməyən mülki geyimli şəxsləri Rusiya muzdluları” adlandırırlar.

Rusiya XİN onların “mülki təlimatçılar” olduğunda israr edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun