Fransanın “Liberation” qəzeti: Azərbaycan hakimiyyəti ölkədə sərt repressiya aparır, insan hüquq və azadlıqları kobudcasına tapdalanır

Fransanın “Liberation” qəzeti: Azərbaycan hakimiyyəti ölkədə sərt repressiya aparır, insan hüquq və azadlıqları kobudcasına tapdalanır
19 İyul 2018
Mətni dəyiş

Fransanın məşhur "Liberacion" (Liberation) qazetində İlham Əliyevin Parisə səfəri ərəfəsində Azərbaycanda repressiyaların tüğyan etməsi barəsində məqalə dərc olunub.

Məqalə müəllifi Kerolayn Vine yazır ki, Aİ və Azərbaycan münasibətləri "yalançılar" oyunudur. Avropa ittifaqı karbohidrat almaq üçün insan hüquqlarının rolunu kiçiltməyə üstünlük verir. Avropa Rusiya qaz və neftindən asılıllıqdan azad olmağa çalışır, Azərbaycanla əlaqələri gücləndirməyə can atır. Tərəflər tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşırlar, bu sazişdə "Aİ dəyərlərinə və fundamental hüquqlarına" riayət etmək zərurəti əksini tapacaq. Amma, bu şərtlərə riayət olunacaq? Belə ki, İlqar Məmmədovun hadisəsi Bakının niyyətindən şübhə etməyə məcbur edir. Məmmədov beş ildir həbsxanadadır, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, onu azad etmirlər. "Aİ insan hüquqlrına riayət etməyə məcbur etmək üçün çox zəifdir. Azərbaycan Avropa qərarlarına məhəl qoymur və siyasi məhbuslar həbsxanada qalır", deyə keçmiş siyasi məhbus, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirib. O, həmçinin Avropanı bu yaxılarda Gəncə hadisələri zamanı olduğu kimi, insanlara qarşı işgəncə faktlarına reaksiya vermək istəmədiyinə və Azərbaycanda yeni kommersiya layihələri həyata keçirmək planlarına görə tənqid edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun