/Dörd yanımız düşmən, bir də beşinci düşmən.../ Korrupsioner rejimin təmsilçiləri və yaltaqları uzun illərdir ağzına açana, düzü deyənə əcaib və təkrar bir cavab verir: "Dörd yanımız düşməndir..." O zaman debatların birində dedim ki, elə biz də onu deyirik, dörd yanımız düşməndirsə, siz niyə talayırsınız ölkəni, siz niyə oğurlayırsınız bu xalqın varını, siz niyə tapdlayırsınız bizim haqlarımızı? Ölkəni niyə bu yanlış siyasətlə zəif duruma salırsınız? Niyə Azərbaycanı Rusiyanın, İranın, nə bilim haranın təsir poliqonuna çevirir, əzilən, səfil gününə qalan vətəndaşı o qüvvələrin tilovuna atırsınız. Bir dəfə də eyni mövzuda "Beşinci qüvvə" adlı yazm çıxdı, dörd yanımız düşmən ikən bu hakimiyyətin elədikləri barədə idi. Beşinci qüvvə də bunları nəzərdə tuturudm. Mərhum Sirus Təbrizli zəng etdi mənə bu yazı ilə bağlı. Dedi; "Çox incidim bu yazıya görə. Nə beşinci düşmən?!" Fikirləşdim ki, axı bu adam Simasız Quldurlar deməmişdimi bunlara. Sonra belə dedi: "Beşinci yox e, birinci düşmən bunları edər..."