David Bakradze Gürcüstan prezidentliyinə müxalifət namizədi oldu

David Bakradze Gürcüstan prezidentliyinə müxalifət namizədi oldu
22 İyul 2018
Mətni dəyiş
Gürcüstanın “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb. Müxalifət "Avropalı Gürcüstan" PartiyasıD. Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim edib. Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”. Məlumat üçün bildirəm ki, D. Bakrazde parlament azlığının lideridir. O, 2013-cü ildə prezident seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının namizədi olub. D. Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun