Çavuşoğlu: "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq"

Çavuşoğlu: "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq"
24 İyul 2018
Mətni dəyiş

"Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, özü də əlverişli şərtlərlə. Onlar uzaqdan danışırlar, biz bu yolla getməyəcəyik", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter"də böyük hərflərlə İranın ABŞ-ı təhdid etməkdə davam edəcəyi təqdirdə görünməmiş nəticələrlə üzləşəcəyini yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun