Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) başqan seçkisi keçirilib.
AKP, CHP, HDP, İYİ Parti və Saadet Partisi öz namizədlərini irəli sürüb. İlk 2 turda namizədlərdən heç biri seçilmək üçün tələb olunan 400 səsi toplaya bilməyiblər.
Üçüncü turda isə sadə səs çoxluğu tələb olunduğu üçün 335 səs alan Ədalət və İnkişaf Partiyasının və MHP-nin namizədi, Türkiyənin sonuncu baş nazir Binəli Yıldırım TBMM-nin Başqanı seçilib.