Baş redaktorun evində axtarış aparılıb

Baş redaktorun evində axtarış aparılıb
10 İyul 2018
Mətni dəyiş

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun evində axtarış aparılıb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 9-da axşam saatlarında Baş Prokurorluğun iki müstəntiqi Anar Məmmədovun evinə gələrək axtarış aparacaqlarını deyiblər. Onlar baş redaktora məxsus noutbuku, telefonu və sənədləri özləri ilə götürüblər.

Anar Məmmədov iyulun 10-da yenidən Bakı Şəhər Prokurorluğuna çağırılıb. Onun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edəcək. Baş redaktor ilk dəfə iyulun 9-da dindirilib.

Bir gün əvvəl ifadə verən “Bastainfo” saytının rəhbəri Mustafa Hacıbəyli də iyulun 10-da yenidən Bakı Şəhər Prokurorluğuna çağırılıb. Müsavat Partiyasının başqanı Arif Hacılının Meydan TV-yə verdiyi məlumata görə, hazırda baş redaktor ifadə verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun